Ağdaş rayonunda qadın bədbəxt hadisə nəticəsində həyatını itirib.

Metbuat.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Nahidə Bayramova yaşadığı Pirəyir kəndindəki evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.