Azərbaycanda yanğın hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, İsmayıllı rayonunun aşağı baş adlanan yeni yaşayış massivində yağın olub.

Yanğın nəticəsində 1991-ci il təvəllüdlü Abdulov Vaqif Bəylər oğluna məxsus ümumi sahəsi 150 kv.m olan kürsülü 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi də yanaraq tamamilə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə dərhal FHN-nin İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Baş vermiş yanğın söndürülüb.