Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində, Olimpiya İdman Kompleksinin qarşısında baş verib.

"Maple" markalı avtomobil yolu qarşı tərəfə keçən 2017-ci il təvəllüdlü N.Oruclunu vurub. Xəsarət alan 9 yaşlı uşaq Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.