Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Sergen Yalçının bəzi futbolçularla əlaqə saxlamaqda çətinlik çəkdiyi barədə yayılan məlumatlara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, federasiya iddiaları təkzib edərək yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb. Bildirilib ki, baş məşqçi ilə milli komandanın üzvləri arasında belə bir problem yaşanmayıb və futbolçular Yalçınla, eləcə də onun məşqçi heyəti ilə keçirilən görüşlərdən məmnundurlar. Türkiyə Futbol Federasiyası açıqlamasında milli komandanın birliyini hədəf alan və yeni məşqçi heyəti ilə futbolçular arasındakı münasibətlərə xələl gətirməyə yönələn bu cür əsassız iddialara inanmamağa çağırıb.