Əsəd rejimi rəsmən süqut etdi - ​Suriya ordu komandanlığı açıqladı

Suriya ordusunun komandanlığı 24 illik Bəşər Əsəd rejiminin süqut etdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İddia edilir ki, Suriya müxalifəti dövlət televiziyasını ələ keçirib və xalqa ilk müraciətini edəcək.

Məlumata görə, Bəşər Əsəd bu gün səhər Dəməşqdən naməlum istiqamətə uçub. Müxalifət artıq Dəməşqi ələ keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı