Başa vurduğumuz 2024-cü il aramızdan kimləri apardı?

Metbuat.az Lent.az-a istinadla bu sənətkarların siyahısını təqdim edir:

2024-cü ildə itirdiyimiz

Əməkdar artist Gülbahar Şükürlü 2024-cü ilin yanvarında vəfat edib. 62 yaşlı qarmon ifaçısı uzun müddət xərçəngdən əziyyət çəkib.

2024-cü ildə itirdiyimiz

Əməkdar artist Aygün Bəyləri də bu il itirdik. Müğənni bu ilin yanvarında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

2024-cü ildə itirdiyimiz

Əməkdar artist Cavanşir Məmmədov bu ilin aprelində dünyasını dəyişib. Müğənninin ölümünə səbəb ürəktutması olub.

2024-cü ildə itirdiyimiz

Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev bu ilin mayında vəfat edib.

2024-cü ildə itirdiyimiz

Tanınmış meyxanaçı Elnur Valeh bu ilin iyulunda vəfat edib. Meyxanaçı uzun müddət şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkib.

2024-cü ildə itirdiyimiz

Əməkdar artisti Kifayət Gəncəli bu ilin sentyabrında vəfat edib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub.

2024-cü ildə itirdiyimiz

Əməkdar artist Sahibə Əhmədova da 2024-cü ildə dünyasını dəyişənlərdən olub. Aktrisa uzun müddət xərçəngdən əziyyət çəkib.

2024-cü ildə itirdiyimiz

Aktrisa Naibə Əlibəyova bu ilin martında vəfat edib. O, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib.

2024-cü ildə itirdiyimiz

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimov vəfat edib. O, uzun müddət xərçəngdən əziyyət çəkib.


2024-cü ildə itirdiyimiz

Dekabr ayında meyxanaçı Xəyyam Əhmədli ürək problemləri səbəbi ilə vəfat edib.

2024-cü ildə itirdiyimiz

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Elmira Hüseynova bu ilin avqustunda vəfat edib. Bildirilib ki, mərhum uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

2024-cü ildə itirdiyimiz

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko 48 yaşında bu il vəfat edib.

2024-cü ildə itirdiyimiz

Xalq artisti, opera müğənnisi Şahlar Quliyev 78 yaşında vəfat edib.

2024-cü ildə itirdiyimiz

Əməkdar artist Zemfira Nəcəfova vəfat edib. Aktrisa 74 yaşında dünyasını dəyişib.

2024-cü ildə itirdiyimiz

Xalq artisti Tofiq Mövləvi bu ilin mayında vəfat edib. Aktyor 85 yaşında dünyasını dəyişib.

2024-cü ildə itirdiyimiz
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev bu ilin martında vəfat edib.