Xəbər verdiyimiz kimi, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlunun həbs edilməsi ilə bağlı məlumatlar yayılıb.

Metbuat.az xəbər verir ki, Şərurlu İsfəndiyar “Qafqazinfo”ya açıqlamasında oğlunun həbs edilmədiyini bildirib:

“Oğlum yanımdadır, həbs edilməyib. Əgər tutulsaydı rəsmi qurum məlumat yayardı”.

Xatırladaq ki, Şərurlu İsfəndiyar bir müddət əvvəl müsahibələrində səsləndirdiyi fikirlərə görə tənqid olunmuşdu.