Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycanın İslamabaddakı səfirliyini ziyarət edib.
Metbuat.az xəbər verir ki, pakistanlı hökumət başçısı AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan itkisi ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə şəfa diləyib.
Məhəmməd Şahbaz Şərif səfirlikdə açılmış xatirə kitabında ürək sözlərini yazıb. Pakistan ilə Azərbaycanın hər zaman həmrəylik nümayiş etdirdiyini vurğulayan baş nazir, Pakistanın Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirib.