​Almaniyalı məşqçi “Beşiktaş”ın təklifinə "yox" dedi

"Benfika"nın sabiq baş məşqçisi Rojer Şmidtin "Beşiktaş"a təyinatı gözlənilsə də, bu baş tutmayıb.

Metbuat.az Bizim.Media-ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis ona edilmiş təklifdən imtina edib.

57 yaşlı mütəxəssis "Zaltsburq", "Bayer", PSV komandalarında da işləmişdi. "Beşiktaş"ın baş məşqçi postu hazırda müvəqqəti olaraq Serdar Topraktepeyə tapşırılıb.

"Qara qartallar" Türkiyə Superliqasında 16 turdan sonra 26 xalla 6-cı pillədədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı