Məşqçi türk futbolçuya müjdə verdi

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim mövsümün fasiləsində klubla yollarını ayıracağı haqda xəbərlər yayılan Altay Bayındır barədə sürpriz qərar verib.

Metbuat.az xəbər verir ki, o, türk qapıçının İngiltərə Federasiya Kubokunun 3-cü turu çərçivəsində "Arsenal"la keçiriləcək oyunda əsas heyətdə olacağını ifadə edib.

Qeyd edək ki, bu mövsüm İngiltərə Liqa Kubokunda 3 matça çıxan Altay Bayındır 6 qol buraxıb. Altay Bayındır "Mançester Yunayted"in "Tottenhem"ə 3-4 hesabı ilə uduzaraq kubokdan kənarda qaldığı oyunda buraxdığı qollara görə tənqid edilib. Bundan sonra onun klubdan ayrılacağı irəli sürülüb. Lakin Ruben Amorim bu iddiaları təkzib edərək, “Arsenal”la böyük oyun öncəsi türk qolkiperə yenidən şans verəcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı