Azərbaycanda iş həftəsi 4 gün ola bilər?

Rusiyada 4 günlük iş həftəsinə keçid müzakirə olunur. Təbii ki, bu, bütün sahələri də əhatə etmir.

Bəs Azərbaycanda 4 günlük iş həftəsi mümkün ola bilər?

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Fuad İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə pandemiya dövründə məsafədən işləmə təcrübəsini sınaqdan keçirmişik və bu, mümkün olub.

Ekspert vurğulayıb ki, bəzi sahələrdə mütləq əyani şəkildə iştirak etmək vacibdir, yoxsa iş getməz:

“Məsələn, istehsal prosesində, səhiyyədə, arzuolunandır ki, təhsildə də bu, belə olsun. Düzdür, distant təhsil olmasına baxmayaraq, real rejim daha məqsədəuyğundur. İş həftəsinin 4 günlüyə keçirilməsi isə, əslində, mümkündür. Amma bunu bütün sahələrə şamil etmək olmur. Misal üçün, hüquq-mühafizə orqanları, Daxili İşlər Nazirliyinin əməkdaşları, demək olar ki, hər gün iş başındadırlar. Eyni zamanda səhiyyə sahəsi də fasiləsiz xidmət göstərir. Amma digər sektorlarda - dövlət sektorunda, iş rejiminin tələbnaməsi olmayan sektorlarda bunu tətbiq etmək olar”.

İqtisadçının fikrincə, bu rejimin hansısa mənfi təsiri olmaz, çünki distant rejim belə pandemiya bu baxımdan özünü doğruldub.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı