​"Beşiktaş" Mourinyonun istədiyi futbolçunu aldı

"Beşiktaş" "İndependiente del Valle"də çıxış edən Keny Alexander Arroyo Alvarado ilə prinsipial razılığa gəldiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki, "Beşiktaş" futbolçunun klubu ilə də anlaşıb. Bildirilir ki, futbolçu müqavilə imzalamaq üçün Türkiyəyə gəlmək üzrədir.

Qeyd edək ki, Keny Alexander Arroyo Alvaradonun adı “Fənərbaxça” ilə də hallanırdı. Lakin "Beşiktaş" gənc futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib və transferi tamamlayıb. Keny Arroyo 2023-2024 mövsümündə “İndependiente del Valle” klubunda 48 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 6 dəfə fərqlənib, 8 məhsuldar ötürmə edib. Gənc oyunçunun hazırkı transfer dəyərinin 4 milyon avro olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı