Bakı, 8 iyun, AZƏRTAC
Türkiyədə keçirilən beynəlxalq müsabiqədə Təhsil Nazirliyinin Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi uğur qazanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Musiqi Kollecində “Fortepiano” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Eldəniz Ələkbərzadə İzmir şəhərində Motsart adına Musiqi Akademiyasının keçirdiyi gənc fortepiano ifaçılarının beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb.
Gənc ifaçı müsabiqənin qızıl medalı ilə mükafatlandırılıb.