"​Apple" yaxın günlərdə iPhone SE 4-ü təqdim edəcək

"Apple" yaxın günlərdə iPhone SE 4-ü təqdim edəcək və ayın sonuna qədər satışa çıxaracaq.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Mark Qurman paylaşıb.

O qeyd edib ki, iPhone SE 4 üçün xüsusi tədbir planlaşdırılmayıb. Apple smartfonu press-reliz şəklində onlayn təqdim edəcək.

Qeyd edilib ki, cihazda Phone 14 dizaynı gözlənilir. Bir çoxları smartfonun təxminən 500 dollara başa gələcəyini proqnozlaşdırırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı