İranın azad valyuta bazarında ABŞ dollarının məzənnəsi 2,53 milyon riala çataraq tarixi minimumu yeniləyib.
Metbuat.az xəbər verir ki, artan inflyasiya, habelə ABŞ və İsraillə gərginlik fonunda nağd pula tələbatın çoxalması səbəbindən ölkədə ən böyük nominala malik yeni 10 milyon riallıq çəhrayı əskinas tədavülə buraxılıb. Bu əskinasın real dəyəri təxminən 7 dollar təşkil edir.