Azərbaycan Biznesinin İnkişafı Fondunda yeni təyinat olub.
Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Yusif Nəcəfov İnvestisiya risklərinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, yeni təyinatadək həmin şöbədə aparıcı mütəxəssis vəzifəsində çalışıb. Y.Nəcəfov 2020-2025-ci illərdə isə Azərbaycan İnvestisiya Şirkətində fəaliyyət göstərib.