"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti son 6 oyunda forma şansı vermədiyi Arda Güler barədə açıqlama verib.
Metbuat.az xəbər verir ki, Ançelotti Ardanı meydana buraxmamaqla yanaşı, onu isinməyə də göndərməyib. Bir oyunda isə Arda isinmək üçün göndərilsə də oyuna buraxılmayıb. Məlumata görə, ispan jurnalist futbolçunun niyə oynamadığı barədə Ançelottiyə sual verib. Jurnalistin “Arda niyə oynamır? O, oynamağa hazırdırmı?” sualına, italiyalı məşqçi “Yaxşıdır və oynamağa hazırdır” deyə lakonik cavab verib.
Qeyd edək ki, Arda Gülerin oynamadığı üçün “Real”dan başqa kluba transfer olmaq istədiyi barədə iddialar dərc edilib.