26–27 noyabr 2026-cı il tarixində The Ritz-Carlton Baku-da keçiriləcək Səhiyyə Menecmenti Forumunun moderator və spiker heyəti bəlli oldu.
Metbuat.az-ın media dəstəyi verdiyi forumda Azərbaycan və Türkiyənin səhiyyə, iqtisadiyyat və təhsil sahəsindəki dövlət qurumlarını, universitetləri, özəl klinika və xəstəxanaları təmsil edən moderator və spikerlər çıxış edəcək.
Forum Facemark və From Science To Health tərəfindən təşkil olunur. Bu il tədbir “İdarəetmənin anatomiyası” konsepsiyası ilə keçirilir. Forumda səhiyyənin idarə olunmasında insan, texnologiya və strategiyanın rolu araşdırılacaq, daha çevik, dayanıqlı və gələcəyə hazır səhiyyə modelinin formalaşması müzakirə olunacaq. Səhiyyənin inkişafı yalnız tibbi innovasiyalarla deyil, effektiv idarəetmə, strateji liderlik, dayanıqlı maliyyələşmə, rəqəmsallaşma, süni intellekt və insan kapitalı ilə də bağlıdır. Forum bu istiqamətləri vahid platformada birləşdirəcək.
Proqram 6 panel sessiyası və masterklaslardan ibarətdir. Panellərin sonunda iştirakçıların spikerlərə birbaşa sual verə biləcəyi xüsusi sual-cavab bölümü olacaq. Forumda həmçinin tək çıxışlar və bədii-musiqili hissə nəzərdə tutulub. Tədbirdə səhiyyə sektorunun liderləri, həkimlər, klinika və tibb müəssisələrinin rəhbərləri, səhiyyə idarəçiləri və qərarvericilər iştirak edəcək. Hər iştirakçıya elektron sertifikat təqdim olunacaq.
“Bu gün səhiyyənin inkişafı yalnız tibbi innovasiyalarla deyil, həm də düzgün idarəetmə ilə ölçülür. Səhiyyə Menecmenti Forumu 2026 ilə sektorun liderlərini, həkimləri və qərarvericiləri vahid platformada bir araya gətirərək insan, texnologiya və strategiyanın səhiyyənin gələcəyini necə formalaşdırdığını müzakirə etmək istəyirik. Əminik ki, “İdarəetmənin anatomiyası” konsepti ilə keçirilən bu forum daha çevik, dayanıqlı və gələcəyə hazır səhiyyə modelinə töhfə verəcək.” - deyə Facemark-ın təsisçisi Rafiq Hunaltay bildirib.
Forumun moderatorları
Fəqan Həsənzadə: From Science to Health, Təsisçi
Türkan Vüsət: İqtisadiyyat Nazirliyi, Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri; BMT-də Dövlət Özəl Tərəfdaşlığı üzrə Komitənin sədr müavini
Elnur Məmmədli: Rəqəmsal transformasiya və süni intellekt üzrə ekspert
Dr. Fərid Qasımov: Baku Medical Plaza, Babək Filialının Direktoru
Dr. Yasmin Rüstəmova: AKC, Sədr, həkim kardioloq
Dr. Taryel Ömərov: Modern Hospital, Direktor
Forumun spikerləri
Prof. Dr. Haydar Sur: Türkiyə Səhiyyə Nazirinin Müşaviri, Səhiyyə Menecmenti üzrə professor
Doç. Dr. Şuayıp Birinci: Türkiyə Səhiyyə Nazirinin Müavini
Bahadur Rzayev: TƏBİB, İcraçı direktorun müavini
Prof. Dr. Dilaver Tengilimoğlu: Atılım Universiteti, Səhiyyə Menecmenti üzrə professor
Prof. Dr. Taşkın Kılıç: Nişantaşı Universiteti, Səhiyyə menecmenti üzrə professor
Prof. Dr. Sedat Bostan: Türkiyə Səhiyyə Nazirliyi, Səhiyyə Politikaları İnstitutu, Sədr
Dr. Yasmin Rüstəmova: AKC, Sədr, həkim kardioloq
Dr. Rəşad Mahmudov: Milli Məclisin səhiyyə komitəsi, Sədr müavini, millət vəkili
Dr. Ülvi Mirzoyev: Qırğızıstan Səhiyyə Nazirliyi, Müşavir, səhiyyə menecmenti üzrə ekspert
Rahim Hüseynov: TƏBİB, İcraçı direktorun müavini
Dr. Üzeyir Rəhimov: Universal Hospital, Ürək Mərkəzinin Rəhbəri, Kardioloq
Hüseyn Hüseynov: İqtisadiyyat Nazirliyi, Nazirin Müşaviri, Dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi
Dr. Hansıyar Babayev: Referans Medical Group, Müşahidə Şurasının Sədri
Prof. Dr. Məlahət Sultan: Azərbaycan Tibb Universiteti, Prorektor
Dr. İkram Rüstəmov: Qarabağ Universiteti, Psixatr, Qarabağ Universiteti Klinikasının Baş həkimi
Dr. Samir Babayev: Qarabağ Universiteti Klinikası, Tibb Fakültəsi, Baş Direktor, Dekan
Dr. İlhamə Cəfərli: AABP, Sədr, cərrah
Dr. Günel Əliyeva: Özəl Tibb Müəssisələri Assosasiyası, Sədr
Dr. Nabil Seyidov: SAF Hospital, Baş həkim, kardioloq
Dr. Zəhra Vəzirova: TƏBİB, Yeni Klinikanın direktoru
Meri İstiroti: MEDIHIT, Rəhbər, Xəstəxana menecmenti üzrə ekspert
Dr. Reşat Bahat: Türkiyə Özəl Xəstəxanalar və Səhiyyə Qurumları (ÖHSAD), BHT CLINIC, Sədr, İdarə Heyətinin Sədri
Dr. Gülşah Ünsal Cəfərov: Ayan Healthcare şirkətinin həmtəsisçisi və baş tibb direktoru, Azərbaycan Tibb Universitetinin müəllimi
Dr. Sevda Əlizadə: Məlhəm Beynəlxalq Hospital, Direktor
Prof. Dr. Fuad Məmmədov: Azərbaycanda kulturologiya elminin yaradıcısı
Dr. Cabir Gülmalıyev: Liv Bona Dea Hospital, Baş həkim
Dr. Pərviz Aslanov: Harmony Health Hospital, Təsisçi, Lor estetik cərrah
Dr. Şahlar Mirqasım: AR Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Rais müavini
Misirxan Sadıqzadə: TƏBİB, Rəqəmsal Tibbi Həllər, Direktor müavini
Masterklas spikerləri
Sevindik Şirinov: MediClub Onshore Tibbi Xidməti, AHA-nın Azərbaycandakı Beynəlxalq Təlim Mərkəzi, Menecer, Təşkilatçı
Dr. Gülşah Ünsal Cəfərov: AYAN Healthcare Technologies, Azərbaycan Tibb Universiteti, Həmtəsisçi və Baş Tibb Direktoru (CMO), Müəllimi
Prof. Dr. Dilaver Tengilimoğlu: Atılım Universiteti, Biznesin idarə edilməsi kafedrasının müdiri, tibbi turizm üzrə professor
Prof. Dr. Taşkın Kılıç: Nişantaşı Universiteti, Səhiyyə menecmenti üzrə professor
Meri İstiroti: MEDIHIT, Rəhbər, Xəstəxana menecmenti üzrə ekspert
Uzm. Dr. Züleyxa Ziyadova: Referans Medical Group, Pediatr
Qeydiyyat
Forumda iştirak, tam proqramla tanışlıq və bilet almaq üçün: facemark.az/tedbirler/sehiyye-menecmenti-forumu-2026