Tanınmış aparıcı xərçəngə qalib gəldi - Efirə qayıtdı

Təqdim etdiyi yemək proqramları ilə ad qazanan türkiyəli aparıcı Nursel Ergin xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Metbuat.az xəbər verir ki, aparıcı 8 ay əvvəl xəstəliyinə görə işini tərk edib müalicəyə başlayıb. Uzun zamandan sonra aparıcı xəstəliyə qalib gəlib.

"Kanal D"də "Gelinim Mutfakta" adlı yemək proqramını təqdim edən aparıcı işinə geri qayıdıb.

Xatırladaq ki, Nursel Ergin 2007-ci ildə qatıldığı "Var mısın, yok musun" proqramı ilə məşhurlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı