Dəm qazından ölən şəhid anası bu xəstəxanada çalışıb

Ötən gün Vətən müharibəsi şəhidi Vahid Ağayevin ata və anası dəm qazından vəfat ediblər.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, şəhid anası Gülnaz Əliyeva Sabunçu Tibb Mərkəzinin əməkdaşı olub.

O, Mərkəzin Cərrahi profilli reanimasiya şöbəsində çalışıb.

Qeyd edək ki, şəhid Vahid Ağayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı