Zaqatalada ev yandı - Ölən var

Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, rayonun Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m. sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 kv.m. sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı