Azad Qasımova vəzifə verildi - FOTO

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Ekspress" MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub.

O, bundan əvvəl də - 2022-ci ilin noyabr ayına qədər "ADY Ekspress"ə rəhbərlik edib.

Xatırladaq ki, "ADY Ekspress" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 912 464 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı