2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana 5 min 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu məhsulların ümumi dəyəri 36,8 milyon ABŞ dollarına bərabər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 79,8% (2 min 370 ton), dəyər baxımından isə 2,4 dəfə (21,3 milyon dollar) artım deməkdir.
Hesabat dövründə kərə yağı və digər süd yağlarının idxalına çəkilən xərc ölkənin ümumi idxal xərclərinin 0,9%-ni təşkil edib.