Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident, Əziz Qardaşım.
Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm.
İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm.
Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə xoş günlər və rifah arzulayıram".