“Elm haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

15:32 25 Dekabr 2014
78 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 15:28 ]

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda uzun müddətdir müzakirəsi ləngiyən “Elm haqqında” qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb, müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub. APA-nın məlumatına görə, komitənin Hüquq siyasəti və dövlət quruculuğu, Sosial siyasət, Aqrar siyasət və Regional məsələlər komitələri ilə birgə keçirilən iclasında əvvəlcə yeni qanunun təqdimatı keçirilib.

 

Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, 8 fəsil və 47 maddədən ibarət yeni qanun layihəsində indiyə qədər bu sahədə boşluq olan bütün məqamlar əksini tapıb: “Qanun layihəsi 40-a yaxın müstəqil ekspertə, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə göndərilib və onların rəy və tövsiyələri öyrənilib. Eyni zamanda  Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə, Müdafiə, Rabitə və İnformasiya Texnologiyaları, Sənaye və Energetika, Ədliyyə, Təhsil nazirlikləri və digər qurumların bir neçə dəfə rəyləri alınıb. Qanun layihəsində elm sahəsində çalışanların, Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin təsnifatı, elm sahəsinin prioritetləri, dövlətin elm sahəsində təminat verdiyi sahələr və digər məqamlar əksini tapıb”.

 

Layihə geniş müzakirələrdən sonra birinci oxunuşda plenar iclasa tövsiyə olunub.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR