Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Embawood” MMC yə qarşı inzibati xəta protokolu tərtib edib.

Metbuat.az xəbər verir ki, bu barədə Teleqraf-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, şikrət qüsurlu malın geri qaytarılmasından imtina edib. İstehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib.