"Fənərbaxça"nın məşqçisi Joze Mourinyo 4-1 hesabı ilə yekunlaşan "Trabzonspor"la matçdan əvvəl qonaqların soyunub-geyinmə otağına gedib.
Metbuat.az xəbər verir ki, o, futbolçu Okay Yokuşludan üzr istəyib. Qeyd edək ki, mövsümün ilk oyununda "Trabzonspor”da oynanılan matçda portuqaliyalı məşqçi ilə futbolçu arasında gərginlik müşahidə edilmişdi. Məlumata görə, Okay Yokuşlunun yerə yıxılmasından sonra “Fənərbaxça"nın qapısına penalti təyin edilmişdi. Portuqaliyalı məşqçi penalti epizoduna etiraz edərək, Okay Yokuşlunu sərt sözlərlə tənqid etmişdi.
Həmin matç "Fənərbaxça"nın 3-2 hesablı qələbəsi ilə yekunlaşmışdı.