Canlı yayımlarla bağlı sərt qadağa tətbiq edildi - Yenilik

Meta şirkəti “Instagram”da yeniyetmələr üçün təhlükəsizlik tədbirlərini genişləndirir.

Metbuat.az xəbər verir ki, şirkət “Facebook” və “Messenger” platformalarında yaşı 18-dən az olan istifadəçilər üçün əlavə təhlükəsizlik tədbirləri həyata keçirib. Məlumata görə, yaşı 16-dan az olan istifadəçilər valideyn icazəsi almadan “Instagram”ın canlı yayım funksiyasından istifadə edə bilməyəcəklər. “Facebook” və “Messenger”də yeniyetmə hesabları ilə bağlı yeniliklər əvvəlcə ABŞ, Böyük Britaniya, Avstraliya və Kanadada əlçatan olacaq.

Qeyd edək ki, bundan əvvəl “Instagram”da yaşı 18-dən az olan istifadəçilər üçün təhlükəsizlik tədbirləri həyata keçirilmişdi. Həmin funksiyalar valideynlərin proqramdan istifadə müddətləri təyin etməyə, müəyyən saatlarda “Instagram”a girişi blok etməyə və uşaqlarının hansı hesablarla mesajlaşdığını görməyə imkan verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı