“Embawood”dan geri addım - FOTO

“Embawood” şirkəti ötən gün Heydər Əliyev prospektində baş verən qəzanın görüntüsündən istifadə edərək reklam postu hazırlayıb. Fotoda "Belə sürətlə, həm də təhlükəsiz – sifarişiniz ən qısa zamanda qapınızda!” sözləri qeyd edilib. Şirkətin reklam postu geniş müzakirələrə səbəb olub. Dəhşətli bir qəzadan özünün piar kampaniyasını aparan şirkət həm məşhurlar, həm də sosial media istifadəçiləri tərəfindən çox qınanılıb.

Marketoloq Müşviq İskəndərov Metbuat.az-a açıqlamasında bildirib ki, bu, “real-time” marketinq gedişidir və dünyanın hər yerində çox uğurlu hesab olunur:

“Amma “Embawood”un etdiyi keys bir növ marka standartlarına və biznes etikasına ziddir. Çünki insanların həssas davrandığı bir məqamda, hadisənin mahiyyətinin bəlli olmadığı bir dövrdə markanın atdığı addımlar sonradan zərərinə səbəb ola bilər. Belə hallarda markalar bu cür çətinliklərin fonunda sonrakı dayanıqlığını və müştəri loyallığını itirə bilirlər.

Qeyd edək ki, tənqidlərdən sonra “Embawood” şirkəti sözügedən postu silib.

Sevinc İbrahimzadə / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı