Hava şəraiti kəskin dəyişəcək - Bu tarixlərdə

Aprelin 18-dək Bakıda hava şəraiti kəskin dəyişəcək.

Metbuat.az “AccuWeather” saytına istinadən xəbər verir ki, ayın ikinci yarısından etibarən temperatur yüksələcək və daha sabit hava şəraiti müşahidə olunacaq.

Belə ki, 15-17 aprel tarixlərində paytaxt ərazisində yağış yağacaq və güclü külək əsəcək.

Ayın 18-dən başlayaraq gündüz temperaturu 17–21°C arasında dəyişəcək. Gecələr isə 10–13°C civarında sabit qalacaq. Proqnozlara əsasən, bu tarixlərdə əsasən günəşli və mülayim hava hökm sürəcək.

Aprelin 26-da isə yenidən yağıntılı hava şəraiti gözlənilir. 27 və 29 aprel tarixlərində hava əsasən dəyişkən buludlu, qismən günəşli olacaq. 30 apreldə isə günəşli hava müşahidə olunacaq.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı