Rəşad Nəbiyev vyetnamlı həmkarı ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikasının elm və texnologiya naziri Nguyen Manh Hung ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev bildirib.

“Ölkələrimiz arasında İT, rəqəmsallaşma, texnologiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Eyni zamanda, Vyetnamın İT şirkətlərinin gələcəkdə Azərbaycanda fəaliyyət göstərməsi barədə fikir mübadiləsi apardıq”, - deyə nazir əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı