"Barselona" mövsümlərarası fasilədə heyətini gücləndirməklə yanaşı, mövcud komanda futbolçularını da əlində saxlamağa çalışır.
Metbuat.az katalon klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Barselona" müdafiəçi Jordi Alba və hücumçu Pedro Rodriqeslə müqavilə yeniləyib.
Pedronun sazişi 2019-cu ilin iyununa qədər uzadılıb. Albanin yeni müqaviləsi isə 2020-ci ilə kimi nəzərdə tutulub.
Hər iki futbolçunun sərbəst qalma məbləği 150 milyon avro təşkil edir. Yəni, Alba və Pedronu heyətinə qatmaq istəyən klublar sözügedən məbləği ödəyəcəkləri təqdirdə istəklərinə nail ola bilərlər.

