Putin Trampla telefon danışığının təfərrüatlarını açıqladı

Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı reallaşıb.

Metbuat.az xəbər verir ki, tərəflər arasında telefon söhbəti iki saatdan çox davam edib. Rusiya mediasının məlumatına görə, Putin telefon danışığından sonra jurnalistlərə açıqlama verib. Putin bildirib ki, Rusiya Ukrayna ilə razılaşma, o cümlədən atəşkəs üzərində işləməyə hazırdır. Onun sözlərinə görə, Rusiya münaqişənin dayandırılmasının tərəfdarıdır, lakin sülhə aparan ən effektiv yollar hazırlanmalıdır.

Putin Trampın Ukraynadakı münaqişəyə son qoyulması ilə bağlı mövqeyini ortaya qoyduğunu bildirib.Trampla görüşünü mənalı, səmimi və məhsuldar olduğunu ifadə edən Putin amerikalı həmkarına Moskva ilə Kiyev arasında birbaşa danışıqların bərpasında ABŞ-nin iştirakına görə təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı