Tramp Putinlə telefon danışığından razı qaldı

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə həyata keçirdiyi telefon danışığı barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, o danışıqların məhsuldar keçdiyini ifadə edib. Tramp, “Putinlə iki saatlıq görüşün ruhu və tonu əla idi. Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibənin dayandırılması üçün danışıqlara başlayacaqlar” - deyə bildirib.

Qeyd edək ki, bundan əvvəl Prezident Vladimir Putin də Donald Trampla telefon danışığının təfərrüatları barədə açıqlama vermişdi. Putin bildirib ki, Rusiya Ukrayna ilə razılaşma, o cümlədən atəşkəs üzərində işləməyə hazırdır. Trampla görüşünü mənalı, səmimi və məhsuldar olduğunu ifadə edən Putin amerikalı həmkarına Moskva ilə Kiyev arasında birbaşa danışıqların bərpasında ABŞ-nin iştirakına görə təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı