"Sabah" "Neftçi"ni məğlub etdi

Misli Premyer Liqasında sonuncu - XXXVI turun oyununda "Sabah" "Neftçi"yə qalib gəlib.

Metbuat.az xəbər verir ki, yeganə qolu 64-cü dəqiqədə Cesse Sekidika "ağ-qaralar"ın qapısından keçirib.

"Sabah" 48 xalla turnir cədvəlini beşinci, 43 xala malik "Neftçi" isə altıncı pillədə başa vurub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ" isə "Şamaxı"nı (1:0) məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı