“Real Madrid” klassik hücumçu transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, “Real”ın nəzərdən keçirdiyi futbolçular müəyyənləşib. İddialara görə, məşqçi Xabi Alonso 5 futbolçunun xidmətində maraqlıdır. Bildirilir ki, “Real”ın transfer siyahısında “Yuventus”dan Duşan Vlahoviç, “Osasuna”dan Ante Budimir, "Kristal Palas"dan Jean-Philippe Mateta, “Bayer Leverkuzen”dən Patrick Schick və “Ştutqart”dan Nik Voltemade kimi futbolçuların adı var.
Bildirilir ki, Alonso “Real”ı 4-3-3 sxemi ilə oynatmaq istəyir. Bu mövsüm “Real”ın mərkəz hücumçusu mövqeyində Kilian Mbappe oynayıb. Endrik isə ehtiyatda qalıb.