“Yuventus”da çıxış edən yaşlı türkiyəli futbolçu Kənan Yıldızın yeni transfer qiyməti məlum olub.
Metbuat.az xəbər verir ki, futbolçunun transfer dəyəri 45 milyon avrodan 50 milyon avroya yüksəlib. “Yuventus”un futbolçunu transfer etmək istəyən klublardan daha yüksək transfer haqqı tələb edə biləcəyi irəli sürülüb.
Qeyd edək ki, Kənan Yıldız "Yuventus"un heyətində ümumilikdə 48 oyunda 9 qol və 7 məhsuldar ötürmə ilə çıxış edib. “Real Madrid”də çıxış edən digər türk ulduz Arda Gülerin hazırda transfer dəyəri 45 milyon avrodur.