Bu ölkələrdən gələn turistlər azalıb - SƏBƏB

“Bu gün bütün dünyada baş verən siyasi qalmaqallar, iğtişaşlar, eləcə də bir çox ölkələrdə olan müharibələr qlobal turizm marşrutlarına ciddi təsir göstərir”.

Bunu Metbuat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev söyləyib.

O bildirib ki, müharibə gedən ölkələrdə sosial rifahın aşağı düşməsi həmin ölkə vətəndaşlarının turistik qabiliyyətini də zəiflədir:

“Hesab edirəm ki, Yaxın Şərqdə baş verən son olaylar, Pakistan-Hindistan arasındakı gərginlik, eləcə də Rusiya ilə Ukrayna arasında davam edən müharibə bu baxımdan mühüm rol oynayır. Bütün bu hadisələr Avropadan Asiyaya gediş-gəliş hava məkanında böyük problemlər yaradıb. Son vaxtlar Hindistandan və İsraildən ölkəmizə gələn turistlərin sayında azalma müşahidə olunur”.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı