İŞİD-ə qarşı quru hərəkatı başladı

İŞİD-ə qarşı quru hərəkatı başladı
09:37 20 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadalı hərbçilər təlimlər zamanı İŞİD qüvvələrinin hücumlarına məruz qalıblar
İraqda anti-İŞİD koalisiya əsgərləri ilə İŞİD silahlıları arasında ilk yerüstü döyüşlər başlayıb.

Anspress-in məlumatına görə, Kanada hərbi kontingentinin briqada generalı Mişel Rulo bu barədə açıqlama verib.

Məlumata görə, kanadalı hərbçilər təlimlər zamanı İŞİD qüvvələrinin hücumlarına məruz qalıblar.

Silahlılar avtomat və minaatanlardan koalisiya əsgərlərinə hücum ediblər. Kanada hərbi qüvvələri isə snayperlərlə hücuma cavab verib.

Qaşrıdurmalar zamanı insan itkisi olub-olmamasına dair hələlik heç bir məlumat verilmir. Hazırda İraqda 600-ə yaxın kanadalı əsgər fəaliyyət göstərir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR