Ucarda yol qəzası olub, xəsarət alanlar var.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun H. Əliyev prospektində baş verib. Göyçay rayon sakini Namiq Məmmədovun idarə etdiyi "VAZ- 21015" markalı maşınla Ucar rayon sakini Abduləli Sadıqovun idarə etdiyi "VAZ 2107" markalı maşın toqquşub.

Nəticədə Ucar sakinləri - Elşən Məmmədov, həyat yoldaşı Ayşən Məmmədova və sürücü N. Məmmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.