"Qarabağ Universitetinin gənc əməkdaşları Fatimə Səfərova və Elxan Qurbanlının ailə həyatı qurması kollektivimizin böyük sevincinə səbəb olub".

Metbuat.az xəbər verir ki, bu barədə rektor Şahin Bayramov feysbuk hesabında məlumat yayıb.

O qeyd edib ki, Xankəndi şəhərində keçirilən toy məclisi doğma Qarabağımızda həyatın bərpası prosesində Qarabağ Universitetinin fəal iştirakının növbəti göstəricisidir.