İngiltərənin Norfolk bölgəsində yerləşən köhnə təkrar emal müəssisəsində 3 mindən çox soyuducu və dondurucu yığılıb.

Metbuat.az xəbər verir ki, Little Hautbois yaşayış məntəqəsindəki keçmiş “Mayton Wood” emal mərkəzində toplanan məişət texnikası ərazidə süni təpəni xatırladan mənzərə yaradıb. Məlumata görə, təkrar emal imkanlarının məhdud olması səbəbindən aylardır ərazidə saxlanılan cihazların nə vaxt götürüləcəyi məlum deyil. Yerli sakinlər mənzərədən narazılıqlarını bildiriblər. Bildirilir ki, oxşar problem İngiltərənin digər bölgələrində də yaşanır və Uelsin Nyuport şəhərində köhnə soyuducu və dondurucuların sayı 80 minə çatıb.

Böhran bir sıra təkrar emal müəssisələrinin bağlanması, eləcə də mövcud mərkəzlərin tullantıların həcminə çatdıra bilməməsi ilə əlaqələndirilir.