Premyer Liqanın IV turunda "Kəpəz" "Araz Naxçıvan"a məğlub olub.

Metbuat.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın heyətində Slavik Alxasov (65) və Bar Kohen (86) fərqləniblər.

Bu nəticədən sonra komanda xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. 12-ci pillədə olan Gəncə təmsilçisinin isə xalı yoxdur.