Abşeronda qəbiristanlıqda fəhlə işləyən 47 yaşlı kişini elektrik cərəyanı vurub.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Saray qəsəbəsində baş verib.

    Məlumata görə, qəsəbə ərazisində yerləşən qəbiristanlıqda fəhlə işləyən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Ramin Mehdiyevi ehtiyatsızlıqdan elektrik naqilinə toxunması nəticəsində elektrik cərəyanı vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.