Bakı, 10 iyun, AZƏRTAC
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə reallaşan “Mənim sevimli oyuncağım ekologiyanı öyrənir” adlı fotomüsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə ümumtəhsil məktəblərinin 7-13 yaşlı şagirdləri iştirak ediblər.
Müsabiqənin keçirilməsinin məqsədi Azərbaycan təbiətinin zənginliyini və ətraf mühitin ekoloji problemlərini uşaqların gözü ilə nümayiş etdirməkdir.
Facebook sosial şəbəkəsi vasitəsilə keçirilən müsabiqədə iştirakçılar dörd nominasiya üzrə qiymətləndiriliblər. Fotolarda əsasən Azərbaycanın müxtəlif regionlarının rəngarəng təbiəti, insanların ətraf mühitə münasibəti nümayiş etdirilib.
Qaliblərə nazirliyin diplom və hədiyyələri təqdim olunub.