Veysəloğlu MMC Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi çərçivəsində növbəti tədbirini təşkil edib.
Qeyd edək ki, layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əməkdaşları müəyyənləşdirmək, dəyərləndirmək və onların inkişafını təmin etməkdir. Layihə çərçivəsində İdarə Heyəti üzvlərinin iştirakı ilə mentorluq görüşləri keçirilir, əməkdaşların fərdi inkişaf yol xəritəsi hazırlanır.
Layihə çərçivəsində keçirilən növbəti tədbir Veysəloğlu Şirkətlər Qrupunun Mərkəz ofisində baş tutub. Veysəloğlu Distribusiyanın təşkilatçılığı ilə keçirilən görüşdə “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” mövzusu ətrafında müzakirələr aparılıb. Tədbirin əsas məqsədi liderlik potensialına malik əməkdaşların inkişafına yönəlmiş strateji yanaşmanı təqdim etmək, gələcək liderlərin formalaşdırılmasına dəstək olmaq və davamlı liderlik ekosisteminin qurulması istiqamətində görülən işləri iştirakçıların nəzərinə çatdırmaq olub.
Tədbirdə Veysəloğlu MMC-nin Baş direktoru Bəxtiyar Allahverdi, “Veysəloğlunun Böyümə Strategiyası” mövzusunda çıxış edərək şirkətin uzunmüddətli inkişaf hədəfləri, insan kapitalına verilən önəm və liderlik mədəniyyətinin təşkilati uğurdakı rolu barədə ətraflı məlumat verib.
Daha sonra keçirilən panel müzakirəsində İdarə Heyəti üzvləri iştirak edib, gələcəyin liderlik ekosisteminin qurulması ilə bağlı sualları cavablandırıb, öz təcrübə və baxışlarını bölüşüblər. Panel zamanı liderlik bacarıqlarının inkişafı, potensialın düzgün dəyərləndirilməsi, innovativ yanaşmalar və davamlı inkişaf mövzularına xüsusi diqqət yetirilib.
Tədbirdə ümumilikdə 80 nəfər əməkdaş iştirak edib. Görüş interaktiv müzakirələr və fəal iştirakla yadda qalıb, iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb.
Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib
Həmçinin oxu
Brent neftinin qiyməti 109 dolları ötdü
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Səid bin Mübarək Əl-Hacəri ilə görüşdü
Bu gün
·
01:25
Bu bürclər üçün dəyişikliklər başlayır
Bu gün
·
01:15
Brent neftinin qiyməti 109 dolları ötdü
Bu gün
·
00:28
150 min ağac əkdilər - 20 il sonra möcüzə baş verdi
Dünən
·
23:47
Prezidentin sosial şəbəkə hesablarında paylaşım edildi - VİDEO
Dünən
·
23:20
İlon Mask gələcəyin ən böyük təhlükəsini açıqladı
Dünən
·
23:12
Bu şəxslərə AFFA-da vəzifə verildi
Dünən
·
23:04
Arda Güler hakimə söydü
Dünən
·
22:50
"Aziz Yıldırım İsmail Kartalı qovacaq" - İddia
Dünən
·
22:48
Avropa Parlamenti rüşvətxorlar yuvasıdır - İlham Əliyev
Dünən
·
22:34
Sabah işıq kəsiləcək - Bu ərazilərdə
Dünən
·
22:24
Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
Dünən
·
22:19
3 kilometrlik bina - İçinə girən azıb qala bilər
Dünən
·
21:42
İranda təyyarə havada parçalanmağa başladı - VİDEO
Dünən
·
21:17
Məşhur məşqçi türk klubuna razılıq verdi
Dünən
·
21:10