"Azərbaycanın bütün giriş sərhəd məntəqələrində o var"

"Azərbaycanın bütün giriş sərhəd məntəqələrində o var"
13:25 20 Yanvar 2015
90 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda vətəndaşların gömrük sahəsində rüsumlardan və vergilərdən yayınma hallarına daha çox rast gəlinir
APA-nın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev bildirib.

S. Mehdiyevin sözlərinə görə, saxta sənədlərin təqdim olunması, həmçinin vergilərdən yayınaraq daha çox rüsuma cəlb olunan malların gizli saxlanc yerlərində gizlədilərək ölkəyə keçirilməsinə cəhdlər də edilir: "Azərbaycan tranzit regionda yerləşdiyindən narkotranzitlə mübarizə daha da gücləndirilib. Demək olar ki, Azərbaycan Avropa ölkələri arasında ilk ölkədir ki, bütün giriş sərhəd məntəqələrində müvafiq avadanlıqlar qurulub. Məhz bunun sayəsində istər narkotranzit, istərsə də silah qaçaqmalçılığına qarşı ciddi mübarizə aparılır. Sərhədlərdən narkotik vasitələrin, silah-sursat və digər vasitələrin keçirilməsinə cəhd edən şəxslər zaman-zaman Dövlət Sərhəd Xidməti ilə birgə keçirilən əməliyyatlar nəticəsində aşkar olunur, pnevmatik silahlar və digər partlayıcı maddələr götürülür".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR