20 Yanvar şəhidlərinin adı müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb

20 Yanvar şəhidlərinin adı müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
13:48 20 Yanvar 2015
129 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Tərgül Ağayeva, AzərTAc
20 Yanvar şəhidlərinin adı müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb, xalqımızın yaddaşına əbədi həkk olunub.
Bu sözləri yanvarın 20-də Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn Bakı şəhər sakini Ağamehdi Əlipənahov AzərTAc-a müsahibəsində deyib.
O, bildirib ki, 1990-cı il yanvarın 20-də sovet rəhbərliyinin göstərişi ilə Azərbaycanda azadlıq uğrunda mübarizəyə qalxmış dinc insanlara qarşı həyata keçirilən terror aktı dəhşətli bir cinayətdir. O qanlı faciə göstərdi ki, xalqımız milli istiqlal və dövlətçilik ideyalarına sıx bağlıdır. Həmin gecə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimiz ölümləri ilə ölməzliyə qovuşaraq tariximizin ən parlaq səhifəsini yazdılar.
Bu faciəli tarix xalqın yaddaşında daim qalmalı və gələcək nəsillər üçün mərdlik dərsi olmalıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR