Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən islahatlara həsr olunan ictimai dinləmə təşkil edib.
Metbuat.az xəbər verir ki, tədbirdə startap, investisiya fondları, yerli və xarici şirkətlərin nümayəndələri, texnopark rezidentləri və ekspertlər iştirak ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində görülən işlər, əldə olunan nəticələr və qarşıdakı hədəflər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin fevral ayında keçirilən müşavirədə rəqəmsal inkişaf üçün yol xəritəsi rolunu oynayan mühüm qərarlar qəbul edilib. Həmin qərarlara uyğun olaraq, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib. Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində dövlət siyasətinin vahid yanaşma əsasında həyata keçirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Nazir müavini qeyd edib ki, Şuranın fəaliyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, rəqəmsal transformasiyanın sürətləndirilməsinə və innovasiya əsaslı iqtisadi modelə keçidin təmin olunmasına mühüm töhfə verəcək. 29 iyun 2026-cı il tarixində Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları istiqamətində görülən işlər müzakirə olunub.
Sənəd ölkənin növbəti üç il üzrə rəqəmsal transformasiya və texnoloji inkişaf prioritetlərini müəyyən edir. Onun icrası üzrə bir sıra tədbirlər görülüb və proses davam etdirilir.
Məlumat verilib ki, dövlət xidmətlərinin vətəndaşlar və biznes subyektləri üçün daha əlçatan olması məqsədilə “mygov” və “mygov biznes” platformaları üzərində iş aparılır. Dövlət qurumlarının xidmətləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya edilir, rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proaktiv xidmətlərin payının artırılması istiqamətində addımlar atılır.
İnnovasiya ekosisteminin inkişafı, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi də prioritetlər arasındadır. Bu məqsədlə texnoloji inkişafı dəstəkləyən və qanunvericilik bazasının təkmilləşdirilməsini nəzərdə tutan geniş islahat paketi hazırlanıb.
Süni intellektin dövlət idarəçiliyinə və ictimai xidmətlərə tətbiqi Fəaliyyət Planının əsas istiqamətlərindəndir. Bu sahədə yüksəksəviyyəli hesablama infrastrukturunun yaradılması və dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi nəzərdə tutulur.
Rəqəmsal transformasiyanın etibarlı şəkildə davam etdirilməsi üçün kibertəhlükəsizliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə hüquqi və institusional islahatlar həyata keçirilir.
Qarşıya qoyulan strateji hədəflərin uğurlu icrası ölkəmizin texnoloji potensialının gücləndirilməsinə, rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına mühüm töhfə verəcək.
İctimai dinləmədə Fəaliyyət Planında innovasiya ekosisteminin inkişafı ilə bağlı nəzərdə tutulan qanunvericilik təşəbbüslərinin təqdimatı olub.
Tədbirdə iştirakçıların təklif və rəyləri dinlənilib, rəqəmsal inkişaf gündəliyinin əsas istiqamətləri, həyata keçirilən islahatlar və qarşıda duran prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rəqəmsal inkişaf və kibertəhlükəsizlik üzrə ictimai dinləmə keçirilib - FOTO
Həmçinin oxu
Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - AÇIQLAMA
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Bu gün
·
00:24
Azərbaycanda ayılar kəndə hücum etdilər - VİDEO
Dünən
·
23:27
Etibarnamə ilə əmlak alanların diqqətinə - Bu səhvə yol verməyin
Dünən
·
21:24
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
Dünən
·
20:35
Top xəbərlər
Layihələr
Son xəbərlər
Zelenski "Starlink"lə bağlı narazılığını açıqladı
Bu gün
·
22:35
“Tənqidlərə meydanda cavab verəcəyik” - Ayxan Abbasov
Bu gün
·
22:18
Qvardiola bu komandanı çalışdıra bilər
Bu gün
·
22:18
"Qalatasaray" rəqiblərini qabaqladı: 16 yaşlı istedadı transfer etdi
Bu gün
·
21:54
İspaniyada 4 milyon insan küçələrə çıxdı
Bu gün
·
21:48
Türkiyədə hərbi helikopter qəzaya uğradı
Bu gün
·
21:45
Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - AÇIQLAMA
Bu gün
·
21:09
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilib - VİDEO / YENİLƏNİR
Bu gün
·
21:07
Tünzalə Ağayevanın duetindən rekord nəticə - 2 milyon oldu / VIİDEO
Bu gün
·
20:34
Gəncədə itkin düşən kişinin meyiti tapıldı
Bu gün
·
20:27
“Konstitusiyanın qəbulu dövlətçiliyimizin tarixində mühüm mərhələdir” - Millət vəkili
Bu gün
·
20:12
Göyçayın bu ərazilərində qaz olmayacaq
Bu gün
·
19:44
Nikahdankənar münasibət qalmaqalı milyarderi kreslosundan etdi
Bu gün
·
19:43
İtaliya nəhəngi "Qalatasaray"ın ulduzunu istəyir
Bu gün
·
19:32
Türk İnvestisiya Fonduna yeni prezident təyin olundu
Bu gün
·
19:28