Gəncədə daha bir yas mərasimində zəhərlənmə faktı qeydə alınıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 4 nəfər Abbas səhət adına Gəncə Birləşmiş Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Hələ ki, tibb müəssisəsinə yerləşdirilən şəxslər - Tapdıq Həsənli (1999), Leyla Hüseynova ( 1951), Ramil Məmmədov ( 1982), Ülviyyə Hacıyeva (1974) və daha iki azyaşlı uşaq zəhərlənib. Azyaşlı Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb. İlkin məlumata görə, həmin şəxslər yas mərasimində qidadan zəhərləniblər. Faktla bağlı araşdırma başlanılıb.

Davud Tarverdiyev / Metbuat.az